Korporativ (Biznes) email hosting xidməti
Korporativ email ilə biznes imicinizi professionallaşdıraq! Korporativ e-poçt hesabına sahib olmaq hər bir şirkət üçün vacibdir. Bu xidmət ilk növbədə müştərilər və biznes tərəfdaşları üçün peşəkar təəssürat yaradır.
Korporativ Biznes Email nədir?
Korporativ email hosting xidməti digər pulsuz servislərdən fərqli olaraq şirkətinizin domen adından istifadə etməyə imkan verir. Buna görə də, ad.soyad@gmail.com əvəzinə ad.soyad@şirkətadı.az kimi bir e-poçtdan istifadə edə bilərsiniz.
Korporativ email nə üçün lazımdır?
Elektron poçtlar iş dünyasında məlumat mübadiləsinin ən təsirli mənbələrindən biri olduğundan, biznes e-maillərdən istifadə etmək hər bir şirkət üçün zəruridir. Əgər emaildə şirkət adı yoxdursa, çox güman ki, e-poçtunuz spam kimi qeydə alınacaq və bir çox "gələn və gedən" məktublarınız "görünməz virusa" çevriləcəkdir.
Korporativ e-poçt adlarını necə və kimlər seçir?
Spam emaillərdən can qurtarmaq və şəxsinizin və ya brendinizin imicini professionallaşdırmaq üçün ilk iş biznes emaillərdən istifadə etməkdir. Tanınmış şəxslər, fərdi sahibkarlar və şirkətlər aşağıdakı nümunələr üzrə ən çox istifadə olunan korporativ mail formalarını seçə bilərlər: ad@soyad.az ad.soyad@şirkətadı.az info@şirkətadı.az director@şirkətadı.az işçiadı@şirkətadı.az və s.
Tez-tez verilən suallar
Bizim korporativ email hosting xidmətindən istifadə etdikdə emailləriniz düzgün şəkildə qurulur, xüsusi təhlükəsizlik protokolları vasitəsilə 99% spama düşmə hallarının qarşısını alırıq.
Yəqin ki, bir çoxumuz veb saytların hazırlanması ilə bağlı araşdırmalar apararkən “domen” və “hosting” terminlərinə olduqca tez-tez rast gəlmisiniz. Terminologiyadan istifadə etmədən anlaşıqlı bir dildə izah etsək əgər, domen saytınızın adıdır. Məsələn, weber.com.az, google.com və s. Hər bir insanın özünə məxsus bir adı olduğu kimi saytların adları da domen olaraq adlandırılır. Siz sayt sifarişi zamanı istədiyiniz domen sonluqlarından istifadə edə bilərsiniz (.az, .com, .net, .biz və s.). Hostingi isə saytınızın yerləşdirildiyi bir server olaraq düşünə bilərsiniz. Saytınızın daim aktiv qalması, yaddaş həcmi, çevik və kəsintisiz işləməsi üçün hosting əsas şərtlərdəndir. Yeni saytınız üçün sayt adı fikirləşirsiniz? Saytın açılmaması onun boş olduğu mənasına gəlməz. .az domenləri üçün online.az, digər domenlər üçün isə name.com dan özünüzə aid bir domen sifariş edə bilərsiniz.
Saytın yaradılması üçün tələb olunan vaxt müştərinin tələblərindən asılıdır. Bu müddət 2-3 gün - dən bir neçə aya kimi uzana bilər.
Saytın yaradılması qiyməti birbaşa onun çətinlik və funksionallığından asılıdır.
TeamSpeak 3 serverləri bir-birindən təcrid olunub. Qiymətləri nəzərdən keçirdikdən və sizə uyğun olan paketi seçdikdən sonra istədiyiniz qədər TeamSpeak 3 serverini icarəyə götürə bilərsiniz.
Bəli. İstifadə etdiyiniz hostinq paketini istənilən vaxt dəyişə bilərsiz, bu zaman saytda məlumat itkisi baş vermir.
Korporativ Mail Tarifləri
Domen və hosting xidmətlərinin rəsmiləşdirilməsi (və ya köçürülməsi), mail proqramının qurulması, şəxsi və ya əməkdaşlar adına emaillərin yaradılması və təhvili qiymətlərə daxildir
Şəxsi
- 5 GB yaddaş
- 2 ədəd e-poçt
- Avtivirus mövcuddur
- AntiSPAM mövcuddur
- 1 və ya 2 şəxsin istifadə edə biləcəyi: Tanınmış şəxslər, Fərdi sahibkarlar üçün uyğundur.
Nümunə email:
ad@soyad.com,
info@şirkətadı.az
Biznes Premium
- 10 GB yaddaş
- 10 ədəd e-poçt
- Antivirus mövcuddur
- AntiSPAM mövcuddur
- 10 nəfərə qədər işçisi olan şirkətlər üçün uyğundur.
Nümunə email:
info@şirkətadı.az,
hr@şirkətadı.az,
ad.soyad@şirkətadı.az
Biznes Pro
- 50 GB yaddaş
- 30 ədəd e-poçt
- Antivirus mövcuddur
- AntiSPAM mövcuddur
- 30 nəfərə qədər işçisi olan şirkətlər üçün uyğundur.
Nümunə email:
info@şirkətadı.az,
hr@şirkətadı.az,
ad.soyad@şirkətadı.az,
director@şirkətadı.az,
şöbələr@şirkətadı.az və s.